Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib – FOTO

0

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

İctimai Rəy xəbər verir ki, paylaşımda deyilir:

“Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »