İran prezidenti İbrahim Rəisinin və bərabərindəki heyətin helikopter qəzasında həlak olması ilə bağlı İranda elan olunan 5 günlük matəm başlayıb.
İctimai Rəy xəbər verir ki, bir neçə ölkə də öz ərazisində həlak olan İran rəhbərliyinə görə 1 günlük matəm elan edib.
Öncədən də yazdığımız kimi, Türkiyədə İran prezidenti və digər rəsmilərin həlak olması ilə əlaqədar bu gün – mayın 21-də ümummilli matəm elan olunub.
Bu ölkələr də matəm edənlər sırasındadır:
– Hindistan,
– Pakistan,
– Tacikistan,
– İraq,
– Suriya
– Livan.