DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı

Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib.

İctimai Rəy xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub:

“Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər – 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla – əlavə bank kartı məlumatları verilməklə oğurlanıb”.

Comments are closed.

Tərcümə »