ABŞ-dan etiraf: Dolların rolu zəifləyir – Manata necə təsir edəcək?

0

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər komitəsinin üzvü Kristofer Uoller bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları dolların qlobal iqtisadiyyatdakı roluna mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, dolların beynəlxalq istifadəsi üçün çətinliklərdən biri onun geoiqtisadiyyatdan birbaşa asılılığı ilə bağlıdır. Artan geosiyasi gərginlik, Rusiyaya qarşı sanksiyalar, Çinin yuanın istifadəsini genişləndirmək cəhdləri və iqtisadi parçalanma dolların ilk növbədə aktivlər anbarı kimi beynəlxalq istifadəsinə və onun rəsmi valyuta ehtiyatlarında istifadəsinə təsir göstərə bilər. Bütün bunlar dolların beynəlxalq ödənişlər vasitəsi kimi roluna təsir edə bilər.

İctimai Rəy xəbər verir ki, Publika.az-a məsələ ilə bağlı açıqlama verən Vüqar Bayramov qeyd edib ki, dollar hələ də qlobal valyuta rolunu oynamağa davam edir:

“Regional və qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər hələ də davam edir. Buna rəğmən, dollara tələb yüksəkdir, dollar yığımlarında artımlar var. Bu gün dünya ehtiyatlarının 70 %-i məhz ABŞ dolları ilə saxlanır. Rusiyaya qarşı sanksiyalar təbii ki, qlobal iqtisadiyyata təsir edir. Rusiya iqtisadiyyatın böyüklüyünə görə dünyada ilk onluqda olan ölkədir. Rusiya-Ukrayna müharibəsindən əvvəl Rusiyanın Qərb ölkələri ilə ciddi iqtisadi və ticari əlaqələr var idi”.

Millət vəkili diqqətə çatdırıb ki, bu, sanksiyalar dolların mövqeyinin dünya bazarında zəifləməsinə gətirib çıxarmır:

“Əksinə, dolların mövqeyinin güclənməsini müşahidə edirik. Azərbaycanda dollar məzənnisi birbaşa Mərkəzin Bankın mövqeyinin asılıdır. Azərbaycan üzən valyuta rejiminə keçmədiyi üçün Mərkəzi Bankın qərarları manatın məzənnəsinə təsir göstərir. Növbəti dövrlərdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşəcək. Mərkəzi Bank isə hələlik manat ilə bağlı hər hansı bir təhdidin olmadığını bildirib”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »