ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin mütəxəssisləri ölkədə daha bir koronavirus epidemiyasının baş verəcəyini istisna etmirlər.
İctimai Rəy Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Mütəxəssislər yayda COVID-19-un yeni ştammının – FLiRT qrupundan KR.2-nin yayılması fonunda yoluxmanın artacağını gözləyirlər.
Ekspertlərin fikrincə, yeni növ hazırda bütün koronavirus infeksiyası hallarının 28,2%-ni təşkil edirsə, martın əvvəlində bu rəqəm cəmi 3,8% olub.