Türkiyə ONLARA GÖRƏ 1 günlük matəm elan etdi

0

Musavat.com xəbər verir ki, İbrahim Rəisi və onu müşayiət edənlərin helikopter qəzasında ölməsi ilə əlaqədar Türkiyədə 1 günlük matəm elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Qeyd edək ki, dünən İran Prezidenti İbrahim Rəisi, XİN rəhbəri Hüseyn Əmir Abdullahian helikopter qəzasında həlak olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.

Qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub. \\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »