“Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir”.
İctimai Rəy oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı pulmonoloq Aleksey Nikişenkov məlumat verib.
“Eelektron siqaret bədəndə nikotinin konsentrasiyasını daha da artırır”, – deyə Nikişenkov bildirib.
Onun sözlərinə görə, nikotinin orqanizmə həddindən artıq qəbulu mərkəzi sinir sisteminə mənfi təsir göstərir:
“Bu səbəbdən baş ağrıları, nevrozlar, əllərin titrəməsi artır. Ümmumiyyətlə, elektron siqaret ürək-damar sistemi, qan təzyiqi, nəbz və birbaşa ürəyə mənfi təsir edir”.