Ceyhun Bayramov: Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olması ilə əlaqədar İran xalqına başsağlığı verib.

İctimai Rəy xəbər verir ki, bu barədə XİN başçısı “X”də yazıb.

“İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahianın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm”, – o qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »