Azərbaycanlı şahmatçı erməni rəqibini məğlub edib

0

BƏƏ-də “Şarjah Masters” şahmat turnirində altıncı turun görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları günü uğurla başa vurublar.

Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki beş partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarını məğlub edib.

Bu nəticələrdən sonra Süleymanlı dörd xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən bir xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə 30-cu yeri tutur. Eltac üç xallla 38-cidir.

Qeyd edək ki, “Şarjah Masters”də 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, VI tur

Aydın Suleymanlı – Haik Martirosyan (Ermənistan) – 1:0

Sarin Nihal (Hindistan) – Məhəmməd Muradlı – 0,5:0,5

Teymur Rəcəbov – Arseniy Nesterov (FİDE) – 1:0

Bibisara Assaubayeva (Qazaxıstan) – Eltac Səfərli – 0,5:0,5

Leave A Reply

Your email address will not be published.

Tərcümə »