Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb

0

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

Bu barədə FHN-dən bildirilib.

“Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »