İran Milli Təhlükəsizlik Şurasının dini lider ayətullah Əli Xameneinin kabinetində fövqəladə iclası başlanıb.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterinin qəzaya uğradığı bölgəyə gedib.
Əl-Cəzirə yazır ki, İran rəsmisi fövqəladə hadisə yerindən alınan məlumatın “narahatedici” olduğunu, lakin səlahiyyətlilərin nikbin olduğunu bildirib.