Ərdoğandan Rəisi ilə bağlı AÇIQLAMA – İstənilən dəstəyə hazırıq

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzası keçirən iranlı həmkarı İbrahim Rəisi ilə bağlı açıqlama verib.

Ərdoğan hadisəni yaxından izlədiklərini bildirib.

“İran prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim. Qonşumuz, dost və qardaş İran xalqına və hökumətinə millətim adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm”, – deyə o bildirib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »