Nazir polkovniki işdən çıxardı

0

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.

İctimai Rəy “Unikal”a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.

Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »