Moskva və Pekin sərhəddə yoxlamaları sürətləndirmək də daxil olmaqla, iki ölkə arasında yüklərin daha da sürətlə çatdırılmasını təmin edəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin VIII Rusiya-Çin Ekspo və IV Rusiya-Çin Regionlararası Əməkdaşlıq Forumunu açarkən deyib.
Rusiya lideri iki dövləti sıx birləşdirən nəqliyyat infrastrukturunun dinamik inkişafına diqqət çəkib. Beləliklə, 2022-ci ildə Amur çayı üzərində artıq intensiv sərnişin və yük daşımalarını həyata keçirən iki transsərhəd körpü – avtomobil və dəmir yolu istifadəyə verilib.
“Burada, Rusiya və Çinin sərhədyanı bölgələrində etibarlı və yüksək sürətli logistika dəhlizləri həm biznes, həm də vətəndaşlar tərəfindən xüsusilə tələb olunur. Biz nəzarət-buraxılış məntəqələrinin yenidən qurulmasını davam etdirəcəyik və sərhəddə yüklərin və nəqliyyat vasitələrinin yoxlanılmasına sərf olunan vaxtı azaldacağıq”, – Rusiya Federasiyasının prezidenti deyib.\\musavat.com\\