“Ölkələrin gücü təkcə hərbi qüdrətində deyil” – Borrell

0

Müasir dünyada ölkələrin gücü təkcə hərbi qüdrətində deyil, istənilən sahədə nüfuzdan silah kimi istifadə etmək olar.

Bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Amerikanın “Foreign Policy” jurnalına müsahibəsində bildirib.

“Bu gün hər şey silaha çevrilir. Güc təkcə hərbi güc deyil”, – o, Avropanın “güc dilinin” praktikada necə görünməli olduğunu izah etmək istəyinə cavab verərək deyib. Borrell hesab edir ki, hətta Aİ-nin xarici siyasətinin əsaslandığı ticarət belə “silah halına gəlib”.

Borrelin fikrincə, bu gün “münaqişələrin daha çox olduğu” dünyada müxtəlif sahələrdə təsir rıçaqlarına sahib olmaq lazımdır. Aİ-nin belə rıçaqları var, lakin indi Avropa onlardan istifadə etmək üçün “siyasi iradə” tapmalıdır.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »