Makron və onun naziri nəyə görə Azərbaycana qarşı qəzəblidir?

0

Kiçik xalqların qənimi olan imperialist ölkələr var. Fransa da həmin imperialistlərdən biridir. Bu ölkə dünyanın 7 böyük iqtisadiyyatından (G7) və BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri olmağından istifadə edib digər ölkələrə qarşı hegemon kimi davranır, hozuluq edir.

İctimai Rəy xəbər verir ki, araşdrımaçı jurnalist Bəybala Mirzəyevin dediyinə görə, Özünü utanmadan “insan hüquqları ölkəsi”, “demokratiya beşiyi” adlandıran Fransanın irqçi hökumətinin Kanaki`də (Yeni Kaledoniya) yerli əhalini – kanakları sıxışdıraraq, orada 10 ildən artıq yaşayan fransızlara qanunsuz olaraq seçki hüququ verməklə seçici kütləsinin genişləndirilməsinə cəhd göstərməsi fransız neoimperializminin və neokolonializminin yeni təzahürüdür.

Fransa parlamentinin adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verməsi yerli liderlərin bəzilərinin narazılığına səbəb olub. Onlar qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlıqlarını dilə gətiriblər.

Ümumi sayları cəmi 300 min nəfər olan və dünyanın ən gözəl adalarından birində yaşayan sıravi kanaklar da adadan 17 min kilometr uzaqda – Parisdə qəbul edilən bu qanunsuz qərarın zorla tətbiq edilməsinə qarşı çıxıb və müstəqillik uğrunda ədalətli mübarizəsini davam etdirməyə qalxıb. Bundan sonra kütləvi etirazlar başlayıb və aksiya iştirakçıları Fransa hökumətinin yerli əhalinin rəyini nəzərə almadan, birtərəfli qaydada qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib. Kanakidən olan deputatlar isə etiraz əlaməti olaraq hətta Emmanuel Makronla onlayn dialoqdan da imtina ediblər.

“Demokratik dünya lideri” obrazına bürünmüş faşist-müstəmləkəçi Fransa prezidenti Emmanuel Makron isə kanakların öz haqqları uğrunda qanuni mübarizəsindən qəzəblənərək bu kiçik adaya qoşun yeridib, orada “fövqəladə vəziyyət” elan edib, komendant saatı tətbiq edib.

Göründüyü kimi Fransa dövləti bütün beynəlxalq hüquq normalarını və insanlıq qanunlarını tapdalayaraq Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna mane olur, Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratının tərkibini gəlmələrin (fransızların) hesabına süni surətdə genişləndirməyə çalışır. Bundan da məqsəd Kanakini yaxın gələcəkdə kanakların yox, fransızların qanuni torpağı kimi təqdim etməkdir. Fransanın bu cür iyrənc məqsədi və “modern” müstəmləkəçilik siyasəti təbii ki, kanakların ciddi etirazı ilə üzləşməli və mövcud vəziyyətin pisləşməsinə səbəb olmalıydı.

Beləliklə, Fransanın mürtəce sömürgəçi siyasətinin ucbatından kiçik ada xalqı olan Kanaki xalqı bu gün od-alov içində qıvrılır. Fransızların “Dənizaşırı ərazilər”dən biri hesab etdikləri bu adada son günlərdə Fransanın güc strukturları tərəfindən 150-yə yaxın insan həbs edilib. Fransız hərbçiləri ilə etirazçıların toqquşması nəticəsində 4 nəfər yerli sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Həbs edilənlərin də, yaralananların da, qətlə yetirilənlərin də məsuliyyəti heç şübhəsiz ki, Makron Fransasının üzərinə düşür.

Bu cür murdar davranış özünü böyük dövlət kimi göstərən Fransanın fitrətində və dövlətçilik gələnəyindədir. Vaxtilə fransızların azman generalı (prezidenti) Şarl de Qoll da dünyanın ən ünlü mikro-dövləti sayılan Monakoya qarşı “müharibə” elan etmiş, lakin sonda bu qarşıdurmanı rüsvayçı şəkildə uduzmalı olmuşdu.
Ancaq görünən budur ki, bu acı təcrübə Şarl de Qollun xələflərinə heç də dərs olmayıb. Sonrakı fransız prezidentləri də zaman-zaman kiçik (və ya az inkişaf etmiş) ölkələrə qarşı aqressiv, neoimper davranış sərgiləməyə davam ediblər. Misal üçün, bədnam prezident Nikolə Sarkozini götürək. Onun Liviyaya qarşı, Suriyaya qarşı qəddar davranışı hamıya məlumdur. Müəmmər Qəddafinin də qanı Sarkozinin boynundadır.
Təəssüf ki, bu gün Emmanuel Makron da növbəti ağılsızlığa yol verərək özünü Şarl de Qoll kimi, Sarkozi kimi aparmağa, Yeni Kaledoniyanın yerli xalqını (kanakları) qan içində boğmağa çalışır.

Bir vaxtlar bizim Qarabağda separatçı ermənilərə hansısa haqq-hüquq verilməsindən dəm vuran E.Makron, indi kanak xalqına öz taleyini sərbəst həll etməyə imkan vermək istəmir. O, kanak xalqının azlığa çevrilməsinə aparan iyrənc müstəmləkəçilik siyasətini israrla davam etdirməyə çalışır.

Bu da azmış kimi Fransanın daxili işlər naziri Jerar Darmanin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirir və Azərbaycanı Yeni Kaledoniyada müstəqillik uğrunda etirazları dəstəkləməkdə, iğtişaşlara müdaxilə etməkdə, separatizmə dəstək verməkdə ittiham edir, eləcə də müstəqilik tərəfdarı olan kanakların guya Azərbaycanla anlaşdıqlarını, nədəsə sövdələşdiklərini bəyan edir…

Bax, budur əsl fransız həyasızlığı…

Özü Cənubi Qafqazda erməni separatizmini dəstəkləyən bir ölkənin güc naziri Azərbaycanı Yeni Kaledoniyada separatçılığı dəstəkləməkdə təqsirləndirir. Fransa dövləti hər zaman məhz bu cür ikrah doğurucu siyasət yürütməsi ilə fərqlənib.

Ona görə də Fransa daxili işlər naziri bu gün öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinə və müxtəlif ölkələrdə milyonlarla günahsız insanı vəhşicəsinə qətlə yetirib soyqırımı törətməsinə görə hamıdan üzr istəmək əvəzinə, bu gün əzilən xalqların haqqını qorumağa çalışan Azərbaycan kimi ölkələrin üzərinə gəlir, “qara məni basınca, mən qaranı basım” mövqeyindən çıxış edir, Azərbaycana böhtan atmaqdan belə çəkinmir.

P.S.
Görəsən, dünya birliyi Makrona “dur” deyəcək, Fransanı idarə edən irqçilərin üzünə tüpürəcəkmi?
Dünya xalqları nəhayət, Fransanın gerçək simasını (simasızlığını) tanımalıdır. Artıq hər kəs bilməlidir ki, gerçək Fransa fransız yazıçılarının və filosoflarının tərənnüm və xəyal etdikləri “ideal Fransa” deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »