Yaponiya ABŞ-ın respublikaçı senatoru Lindsey Qrahamın ölkəsinin İsrailə silah dəstəyini davam etdirmək çağırışına və bu zaman onun Xirosima və Naqasakiyə atılan atom bombalarına istinad etməsinə reaksiya verib.
Nazir Kamikava deyib: “Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə alaraq, Xirosima və Naqasakiyə atılan atom bombalarını nümunə göstərən bir müzakirənin aparılması qətiyyən qəbuledilməzdir”.
Qrahamın dediklərini bəşəriyyətin ruhu ilə bir araya sığmayan və olduqca təəssüfləndirici hal kimi qiymətləndirən yaponiyalı nazir Xirosima və Naqasaki fəlakətlərinin heç vaxt təkrarlanmamalı olduğunu vurğulayaraq, ölkəsinin nüvə silahlarının dağıdıcı reallığının düzgün dərk edilməsinə yardım etməyi qarşısına məqsəd qoyduğunu bildirib.
Xatırladaq ki, senator Lindsey Qraham hərbi əməliyyatları dayandırmaq üçün İsrailə nüvə silahından istifadəni təklif edib. O, ABŞ-ın eyni şeyi Pörll Harbora hücumla Amerikaya müharibə elan edən Yaponiyaya qarşı 1945-cı ildə Xirosima və Naqasakidə etdiyini bildirib.
Ümumiyyətlə, tespublikaçı senator Qraham qalmaqallı və qeyri-adekvat açıqlamaları ilə məşhurdur.\\musavat.com\\