Türkiyə Prezidenti Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib.

“Report” xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”, – bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »