Mərkəzi Bankdan dollarla bağlı vacib AÇIQLAMA

0

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb.

Bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Xatırladaq ki, mayın 14-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının, mayın 9-unun qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur. (Report)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »