Fransa Yeni Kaledoniyaya ordu yeridir

0

Fransa hakimiyyəti davam edən etirazları yatırmaq üçün Yeni Kaledoniyaya ordu yeridir.

İctimai Rəy xəbər verir ki, bu barədə Fransanın naş naziri Qabriel Attal ölkənin Daxili İşlər Nazirliyində böhranla bağlı qərargahın iclasının açılışında məlumat açıqlayıb.

Rəsmi Paris bunu dəniz limanlarını və hava limanlarını qorumaq məqsədilə əsaslandırmağa çalışır:

“Silahlı qüvvələrin üzvləri Yeni Kaledoniyanın liman və hava limanlarının təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək”.

Baş nazirin sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada TikTok sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Mayın 15-də Yelisey sarayı Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Bundan əlavə, hakimiyyət 1,8 min sahədə fəaliyyət göstərən 500 polis zabiti və jandarmın əlavə qüvvələrini Kaledoniyaya göndərmək niyyətindədir. Bununla Paris yerli kanak əhalisinin azadlıq mübarizəsini yatırmaq niyyətindədir.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »