Mayın 16-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm, Qaxda 39 mm, Balakəndə 12 mm, Astarada 9 mm, Lerik, İmişlidə 8 mm, Ordubadda 6 mm, Şəmkirdə 5 mm, Lənkəran, Şəki, Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy, Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar, Şamaxıda 4 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçib.
Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna xırdadənəli dolu düşüb.
Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar, Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.