Ukrayna Prezidenti Volodimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.
Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.
Xatırladaq ki, daha öncə Zelenskinin İspaniya və Portuqaliyaya səfərlərinin təxirə salındığı bildirilib.//APA