Zelenski bütün xarici səfərlərini TƏXİRƏ SALDI

0

Ukrayna Prezidenti Volodimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Volodimir Zelenski yaxın günlərdə onun iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin razılaşdırılması barədə göstəriş verib. Biz tərəfdaşlarımıza anlayışlarına görə minnətdarıq”, – o, “Facebook” hesabında bildirib.

Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.

Xatırladaq ki, daha öncə Zelenskinin İspaniya və Portuqaliyaya səfərlərinin təxirə salındığı bildirilib.//APA

Leave A Reply

Your email address will not be published.

Tərcümə »