İsraildən “Hizbullah”a AĞIR ZƏRBƏ

0

Livanın cənubunda İsrailə məxsus pilotsuz təyyarənin (PUA) “Hizbullah”a məxsus avtomobilə hücumu nəticəsində 2 nəfər həlak olub.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hücum zamanı iki nəfər ölüb. Ölənlərdən birinin “Hizbullah”ın səhra komandiri, ikincinin isə onu müşayiət edən döyüşçü olduğu bildirilir.

Xatırladaq ki, aprelin 26-da İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərləri “Hizbullah”ın Livandakı silahlı qanadının hədəflərinə yeni hücumlar həyata keçirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »