Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir

0

Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi tükənir.

İctimai Rəy report-a istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin direktoru Etyen Tobua açıqlamasında bildirib.

Yarışın təşkili və keçirilməsi xərcləri təxminən 9 milyard avro olacaq.

“Biz bəzi fövqəladə ehtiyatlar saxlamışıq və ümid edirik ki, bunların hamısından istifadə etməyəcəyik”, – deyə Etyen Tobua vurğulayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »