Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: Məktəbə çırpıldı – VİDEO

0

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

İctimai Rəy oxu.az-a istinadən bildirir ki, bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb.

Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil.

Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »