Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.
İctimai Rəy XİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
———
13:01
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun xarici işlər naziri Sergey Aleyniklə Xarici İşlər Nazirliyinin inzibati binasında görüşüb.
İctimai Rəy xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.