Papua – Yeni Qvineyanın Yeni Britaniya adasında 5,6 maqnitudada zəlzələ baş verib.
“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 18,8 min nəfər əhalisi olan Kimbe şəhərindən 10 km cənub-şərqdə, zəlzələ ocağı 110 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.