Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken paytaxt barında rok-n-roll konserti verib.
İctimai Rəy oxu.az-a istinadən bildirir ki, siyasətçi yerli musiqi qrupunun üzvləri ilə birlikdə məşhur Nil Yanqın “Rockin In The Free World” mahnısını ifa edib.
Bundan əvvəl Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Veterano Pizza”da işgüzar nahar ediblər.
ABŞ dövlət katibi təəssüratlarını bölüşərək, “Mən şadam ki, dostum məni Kiyev kulinariya turuna dəvət etdi”, – deyə bildirib.