Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya lideri çinli həmkarı Si Cinpinin dəvəti ilə mayın 16 və 17-də ölkəyə səfər edəcək.
İctimai Rəy xəbər verir ki bu barədə “Haber Global” məlumat yayıb.
Rusiya və Çin liderləri görüş zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələləri ətraflı müzakirə edəcəklər. Görüş zamanı Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək, ən aktual beynəlxalq və regional problemlər ətrafında dərin fikir mübadiləsi aparılacaq.
Rusiya lideri Putinin Çinin Baş naziri Li Jianq ilə görüşərək ticarət, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.