QHT-lərlə əlaqədar islahatlar dərinləşəcək

0

“Yaxın zamanlarda qeyri-hökumət təşkilatları ilə bağlı islahatlar dərinləşəcək. Bu islahatlardan qeyri-hökumət təşkilatları da öz bəhrəsini alacaq”.

İctimai Rəy xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev səsləndirib. PA rəsmisi qeyd edib ki, onun əsas fəaliyyəti və məqsədi QHT-lərin nüfuzunu özünə qaytarmaq, onların daha aktiv fəaliyyətinə stimul vermək, nail olmaqdır.

Tural Əliyev deyib ki, bu gün bir çox QHT-lər beynəlxalq platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edir, uğurlu fəaliyyət sərgiləyirlər:

“Artıq beynəlxalq tədbirlərdə QHT-lər yalnız şəkil çəkdirmirlır, eyni zamanda Azərbaycanı layiqincə təmsil edirlər”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »