Molla rejimi ilə Makron Fransası üz-üzə

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Avropa ölkəsi anti-İran terrorçularına sığınacaq verdiyi üçün Fransa hökumətinin İslam Respublikasının Ədliyyə Sisteminin verdiyi qərarlara müdaxilə etmək hüququ yoxdur.

İctimai Rəy xəbər verir ki, bunu İRNA-nın müxbiri ilə danışan Nasir Kənani Fransa Xarici İşlər Nazirliyinin İranda həbsdə olan iki fransız vətəndaşı ilə bağlı son bəyanatını şərh edib.

İslam Respublikasının siyasətini “dövlət girovu” və “daimi şantaj” kimi adlandırdığına görə Fransanı qınayan Kənani, Parisin Qəzzadakı soyqırım kimi insan haqları ilə bağlı məsələlərdə passiv rol oynayarkən belə dediyini bildirib.

O, əlavə edib ki, İslam Respublikası əsassız sənədlərə istinad edən bu cür yersiz, müdaxiləçi və qeyri-peşəkar mövqeləri qətiyyətlə pisləyir.

O qeyd edib ki, Tehran Parisə diplomatik nəzakətə riayət etməyi və iki ölkə arasında münasibətlərə mənfi təsir edəcək bu cür bəyanatlardan çəkinməyi tövsiyə edir.

Comments are closed.

Tərcümə »