Rusiyanın yeni müdafiə naziri kimdir? Belousovun – DOSYESİ

0

Musavat.com xəbər verir ki, Andrey Belousov Rusiyanın müdafiə naziri təyin olunmazdan əvvəl Rusiya Federasiyası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 2020-ci ildən hökumətdə işləyib və iqtisadi bloka nəzarət edib.

Yeni müdafiə naziri haqqında daha nə məlumdur:

☑️ Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib;

☑️ 2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb;

☑️ 2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, iqtisadi inkişaf nazirinin müavini, 2008-2012-ci illərdə hökumətdə İqtisadiyyat və maliyyə departamentinin direktoru;

☑️ 2012-2013-cü illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri vəzifəsində çalışıb;

☑️ 2013-cü ildən 2020-ci ilə kimi yeddi il ərzində Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb. \\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »