Rusiyada yaşayış binası raketlə vurulub, 12 nəfər ölüb

0

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərini raketlərlə atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, mərmilərdən biri Şors küçəsində on mərtəbəli yaşayış binasına ciddi ziyan vurub və binanın girişi tamamilə dağılıb.

Xilasedicilər dağıntıların altından 12 nəfərin meyitini çıxarıb. Qeyd olunub ki, 31 nəfər müxtəlif xəsarətlər alıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »