Almatıda sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar ərəfəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə görüşüblər.
İctimai Rəy Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.