Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır

0

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

İctimai Rəy APA-ya istinadən bildirir ki, Paşinyan bugünkü mətbuat konfransında deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

Paşinyanın sözlərinə görə, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »