Fransa və Çin liderləri Fələstin dövlətinin yaradılmasına çağırır

Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması ideyasını müdafiə ediblər.

İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

“İki dövlətin başçıları 1967-ci il sərhədləri daxilində yaşaya bilən, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına çağırıblar”, – deyə telekanal iki ölkə liderlərinin Yaxın Şərqlə bağlı birgə bəyanatına istinad edir.

Qeyd edək ki, bundan ötrü İsrail Fələstinin, Fələstin isə İsrailin mövcudluq haqqını və sərhədlərini tanımalıdır.

Comments are closed.

Tərcümə »