Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, “Aqro-Belqorye” donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:
“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”. (Report)