Qazaxıstanlı milyarder İngiltərə klubunu aldı

0

Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən “Uikomb Uonderers” klubunun sahibi olub.

İctimai Rəy report-a istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

Qeyd edək ki, “Uikomb Uonderers” 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »