Rusiya hərbçiləri Nigerin paytaxtı Niameydə ABŞ hərbçilərinin yerləşdiyi 101-ci aviabazaya daxil olublar.
İctimai Rəy xəbər verir ki, bu barədə “Reuters” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ruslar amerikalılarla qarışmır, onlar paytaxt hava limanına daha yaxın olan ayrıca anqarda yerləşiblər.
ABŞ Niger hakimiyyətinə Amerika personalının Rusiya hərbçiləri ilə birlikdə bazada ola bilməyəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl “The Hill” qəzeti Rusiyanın Afrikadakı təsirinin artacağını yazıb.
Xatırladaq ki, ABŞ-ın 101 Hərbi Hava Bazası altı il əvvəl 110 milyon dollara tikilib. Martın 17-də isə Nigeriya hərbi hökuməti ABŞ-la bağlanmış müqaviləyə xitam verib və kontingentini ölkədən çıxarmasını tələb edib.\\musavat.com\\