Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir.
Bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər.
Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin artımların olacağı istisna edilmir.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov danışıb. O bildirib ki, pensiyaların artımı indeksasiya vasitəsilə həyata keçirilir:
“Cari ildə yanvar ayından pensiyalar indeksləşdirilib. Eyni zamanda pensiyaların artımında digər metod 2022-ci ildə cənab prezidentin təşəbbüsü ilə reallaşan pensiyaçılara yardımların verilməsidir. Bununla bağlı hökumətin Milli Məclisə hesabatı zamanı təkliflər təqdim olundu.
Pensiyaların artımı indeksləşdirmə və eyni zamanda minimum pensiyanın artımı, eyni zamanda yardımın verilməsi həyata keçirilir. Bu konteksdə indeksləşdirmə reallaşıb. Digər metodlarla bağlı fiskal gəlirlərimizə uyğun olaraq addımlar atılacaq”./BAKU.WS