Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.
İctimai Rəy xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,3 mertdir.
Vurğulanıb ki, küləkli hava şəraitinin mayın 03-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.