Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini və baş həkim əvəzi vəzifəsi Afət Əkbərovaya həvalə olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
O, aprelin 30-dan işinin icrasına başlayıb.
Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 ilə yaxındır həkim-infeksionist kimi fəaliyyət göstərib.//Report