Alim Ross Fellouz 1922-ci ildə Tutanxamonun məzarını açan 20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirrini açdığını iddia edib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mütəxəssis hesab edir ki, qazıntı iştirakçıları güclü radiasiyanın təsirindən ölüblər.
Məlumata görə, ehram tikənlər təhlükədən xəbərdar olublar və qəbirlərin divarlarına xəbərdarlıq yazıları yazıblar.
Belə ki, Fellouz qədim mesajlardan birini sitat gətirib: “Məzarları dağıdanlar heç bir həkimin diaqnoz edə bilməyəcəyi xəstəlikdən öləcəklər”.
Fellouz iddia edir ki, möhürlənmiş qəbirlərə tərkibində uran və zəhərli tullantılar olan təbii elementlər bilərəkdən yerləşdirilib.
Onun sözlərinə görə, bu maddələrə məruz qalma müəyyən xərçəng növlərinə səbəb ola bilər. Məsələn, Tutanxamonun məzarına ilk girən arxeoloq Hovard Karter Hodgkin lenfoması ilə mübarizə apardıqdan sonra ölüb. Ekspedisiyanın digər üzvləri isə asfiksiya, insult, şəkərli diabet, ürək çatışmazlığı, sətəlcəm, zəhərlənmə, malyariya və rentgen şüalarına məruz qalmadan ölüblər.
Bundan əvvəl britaniyalı alimlər Şerif və Tariq Əl-Tavil belə qənaətə gəliblər ki, qədim Misir fironu Tutanxamonun məzarını kəşf edənlərin ölümünün səbəbi Aspergillus göbələyi olub. \\musavat\\