Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

0

Qırğız Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb inşa ediləcək.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

“Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir”, – məlumatda qeyd edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »