Bank kartlarından oğurluq edən şəxs saxlanıldı – FOTO

0

Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb.

İctimai Rəy DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »