Qırğızıstanda aprelin 5-dən Rusiyanın “Mir” sisteminin bank kartları ilə bütün əməliyyatlar dayandırılacaq.
Ölkə banklarının Rusiya sisteminin kartları ilə işləməkdən imtina etməsi ABŞ-ın sanksiya təhlükəsi ilə bağlıdır.
“Bu il aprelin 5-dən Qırğızıstanda respublikanın bankomatlarından vəsait qəbul etmək və ya “Mir” kartları ilə alış-veriş etmək mümkün olmayacaq”, – “Elkart” milli ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təminatçısı olan Banklararası Prosessinq Mərkəzi QSC məlumat verib.
Belə ki, cari iş həftəsinin sonunda Qırğızıstanın bütün bankları Rusiya kartları ilə istənilən əməliyyatı dayandıracaq.
Rusiyanın “TASS” agentliyi qeyd edir ki, hazırda respublikada rusiyalılar üçün onlayn və ya oflayn rejimdə köçürmə, pul çıxarmaq və ya “Mir” kartı ilə ödəniş etmək problemi yoxdur.
Qeyd edək ki, ötən həftənin sonundan Ermənistanda da “Mir” kartları qəbul edilmir. Ermənistan VTB-dən başqa bütün ölkə bankları rusların kartları ilə işləmir.//Publika.az