Prezident: “Vəziyyət hər an pisləşə bilər”

0

“Builki yağış sularının həcmi son 30 ilin ən böyük daşqınları hesab edilən 2012 və 2017-ci illərin səviyyəsini keçib. Bu nə deməkdir? Proqnozlaşdırma işi ümumiyyətlə aparılmayıb. Vəziyyət mütəxəssis çatışmazlığından yaranıb”.

İctimai Rəy Newscenter.az-a istinadən bildiir ki, bunu Qazaxıstan Prezidenti Prezident Qasım-Jomart Tokayevi sel daşqınları ilə bağlı keçirdiyi müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, əgər amirliklər hər il daşqınlara qarşı nəzərdə tutulan bütün tədbirləri lazımi səviyyədə həyata keçirsəydilər, hətta hava şəraiti nəzərə alınsa belə, qəzanın fəsadları və miqyası o qədər də böyük olmazdı:

Tokayev deyib ki, daşqın təhlükəsinin aradan qalxdığını söyləmək olmaz:

“Ona görə də Daxili İşlər Nazirliyinin, Milli Qvardiyanın, silahlı qüvvələrin, Milli Təhlükəsizlik Komitəsinin bütün qüvvə və vasitələrini, o cümlədən şəxsi heyəti və texniki resursları səfərbər etmək lazımdır. Eyni zamanda, könüllüləri və kömək etmək istəyən vətəndaşları da prosesə cəlb etmək lazımdır”.

Prezident, “Lakin ən əsası dövlət qurumlarıdır. Vəziyyət hər an pisləşə bilər. İndi əsas vəzifə insan tələfatının qarşısını almaqdır. Biz bununla bağlı buraxılmış səhvləri və nöqsanları nəzərə almalıyıq”, – deyə bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »