Erməni mediası “Paşinyan istefa vermək qərarına gəlib” xəbərini tirajlamaqla Nikolla sözün əsl mənasında məzələnib.
Belə ki, erməni mətbuatı bunun 1 aprel zarafatı olduğunu bildirib. Bu isə Paşinyanın düşdüyü rəzil durumdan xəbər verir.
***
Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək qərarına gəlib.
Musavat.com-un məlumatına görə, Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin sentyabrda keçirilməsinə qərar verib.
Məlumata görə, bununla bağlı Paşinyan təcili partiya toplantısı keçirib. Azərbaycanın kəndlərin qaytarılması ilə bağlı tələbləri “o qədər artıb” ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazir hesab edir ki, bu, məhz onun “xilas”ıdır. Mətbuatın yazdığına görə, seçkilər sentyabrın 10-da keçirilməlidir.
Comments are closed.