Paşinyandan SENSASİON ETİRAFLAR

0

“Mən Avropa Parlamentində də bildirdim ki, biz Avropa İttifaqının (Aİ) mümkün hesab etdiyi qədər onlara yaxın olmağa hazırıq. Aİ bunu nə dərəcədə mümkün hesab edir, ondan sonra nəticə çıxarmalıyıq”.

İctimai Rəy erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Avropa İttifaqı ilə əlaqələrimiz çox aktivdir. Aramızadakı münasibətlər heç vaxt bu qədər dərin və güclü olmayıb. Yaxın gələcəkdə biz bu möhkəm münasibətlərin ifadəsi olacaq bir neçə qərar qəbul edəcəyik. Baxmayaraq ki, əvvəllər belə bir münasibətimiz olmayıb. Düşünürəm ki, münasibətlərlə bağlı yeni təzahürlər olmalıdır. Belə təzahürlərdən biri Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların başlanğıcı ola bilər. Növbəti mövzulardan biri Ermənistanda istehsal olunan mallara güzəştli ticarət şəraitinin təmin edilməsi və İrəvanla iqtisadi əlaqələrin dərinləşdirilməsidir.

Bundan başqa, təhlükəsizlik sahəsində əməkdaşlığımızın və münasibətlərimizin dərinləşməsi, eləcə də Aİ-nin Ermənistandakı müşahidəçilər missiyasının imkanlarının artırılması və onların mandatının uzadılması da lazımdır”, – deyə Paşinyan qeyd edib.\\musavat.com\\

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »